Interposta.Info

"Qızım aktrisa olmaq istədi, anam dedi nəbadə" -

Mədəniyyət
 8-05-2017, 18:11     814

ARB TV-də Faiq Mirzəyevin təqdimatında yayımlanan “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu olub.

Rejissor ilk olaraq qızının aktrisa olmağına, anasının qarşı çıxdığını açıqlayıb:

“Gördüm ki, uşağın həvəsi var, gəldim anamın yanına. Dedim ki, qız aktrisa olmaq istəyir. Qayıtdı ki, nəbadə. Dedim niyə? Axı sən özün bu yolu seçmisən. Dedi ki, istedat azdır, gərək tale özü elə gətirsin ki, istedat inkişaf etsin. Təsadüflərə məruz qala bilər. Mən qızıma izah etdim. O, tam geri çəkilmədi. Rejissorluq fakultəsinə verib, Tofiq İsmayılovun tələbəsi oldu. 3 il oxudu universtetdə. Sonra elə oldu ki, bunlar rəqs kollektivi ilə festivala İstanbula getdilər. Orada gələcək həyat yoldaşı ilə təsadüfən, ora gələn adamlar kimi bilet alıb gediblər. Ora gələn müəllimlərin birinin yaxın dostu imiş”.

Daha sonra Ramiz Həsənoğlu həyatının bahar fəslində olduğunu bildirib...

“Kiçik nəvəmin 4, böyük nəvəmin 25 yaşı var. İnsanın elə məqamı olur ki, bahar gəlir. Hər fəsildə özü ilə abu-havasını gətirir. Mənim içimdə bahar abu-havasıdır. Yaşım payız havasına daha çox yaxındı, amma bahar var. Ümidlər çoxdur. Ümidlərində hamısı görüləcək işlərlə bağlıdı. İstər sənətdə, istərsə də həyatda”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26