Interposta.Info

Təbrizli xanəndədən “Şirvan şikəstəsi” -

Mədəniyyət
 31-03-2017, 19:31     943

Heydər Əliyev Fondu 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirir.

Axar.az xəbər verir ki, həmin vaxtdan AzTV-də yayımlanan “Muğam” televiziya müsabiqəsi gənc muğam ifaçılarına öz istedadlarını göstərmək imkanı verir.

“Muğam televiziya müsabiqəsi 2017”-yə isə Cənubi Azərbaycanın gənc xanəndəsi Məcid Əsri də qatılıb. Onun bu həftə müsabiqədə ifa etdiyi “Şirvan şikəstəsi” dinləyicilərin rəğbətini qazanıb.

Qeyd edək ki, Birinci muğam müsabiqəsi 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə baş tutub. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə də müsabiqə təşkil olunub və qaliblər mükafatlandırılıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26