Leyla Əliyeva xalq artistini belə təbrik etdi —

Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Dram Teatrının aktyoru, xalq artisti Məbud Məhərrəmovun doğum gününü təbrik edib.
"Ölkə.Az"-ın məlumatına görə, L.Əliyeva sosial şəbəkədə aktyor haqda bu sözləri yazıb:
"Azərbaycanın xalq artisti, sevimli, istedadlı aktyorumuz Məbud Məhərrəmov, ad gününüz mübarək olsun! Sizə həyatda və yaradıcılığınızda uğurlar arzulayıram”.
Xatırladaq ki, Məbud Məhərrəmov 1957-ci il mart ayının 12-də anadan olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26