Leyla Əliyeva Zülfiyyə Xanbabayevanın doğum günündə

Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün 50 yaşını qeyd edib.
interposta.info xəbər verir ki, sənətkarı təbrik etmək üçün məclisə Xalq artistləri Brilliant Dadaşova, Təranə Muradova, Əməkdar artistlər Sevda Ələkbərzadə, Eyyub Yaqubov və digər tanınmışlar qatılıb.
Qonaqlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. O, sosial şəbəkədə fotoşəkil paylaşaraq, ifaçını “Əzizim Zülfiyyəni ad günü münasibəti ilə təbrik edirəm! Xoşbəxtlik, can sağlığı və bütün arzularının yerinə yetməsini diləyirəm” sözlərini yazıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26