Interposta.Info

“Gülünc zarafatlar, ha-ha,hi-hi, sponsor axtarışı…” -

Mədəniyyət
 13-02-2017, 18:23     1 118

“Gülünc zarafatlar, ha-ha,hi-hi, sponsor axtarışı…” -

Bu gün Beynəlxalq Radio Günüdür.

interposta.info xəbər verir ki, bu tarix 1946-cı il fevralın 13-də "BMTradiosu”nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.

Tədqiqatçıların radionun ixtiraçıları haqqında fikirləri müxtəlifdir. Bəziləri ilk ixtiraçı kimi Eduard Brenlini (Brenli həmçinin "radio” termininin müəllifidir), bəziləri isə italiyalı radiotexnik və sahibkar Qulyelmo Markonini göstərir.
“Gülünc zarafatlar, ha-ha,hi-hi, sponsor axtarışı…” -


Azərbaycanda Dövlət Radiosu 6 noyabr 1926-cı ildən fəaliyyət göstərir.

BakiPost.az-ın əməkdaşları Beynəlxalq Radio Günü ilə əlaqədar Azərbaycanın tanınmış radio aparıcılarının fikirlərini öyrənib.

Araz FM radiosunun direktoru, "Çiçək” ləqəbi ilə tanınan Şəhla Vakkas uzun illərini sərf etdiyi peşəsini çox sevdiyini dilə gətirib:
"Mən radionu çox sevirəm. İnsanların radioya olan həvəsi heç vaxt itmir. Radioda verilən verilişlər televiziya verilişlərindən belə daha çox effekt verə bilir”.
“Gülünc zarafatlar, ha-ha,hi-hi, sponsor axtarışı…” -


Vaxtilə bir neçə radio dalğasında səsi eşidilən, hazırda isə işsiz olan Cavid Osmanov Azərbaycanda məktəb rolunu oynaya biləcək radionun olmadığına təəssüfləndiyini vurğulayıb: "ANS ÇM gənc radioçular üçün böyük bir məktəb idi. Lakin artıq yoxdur. İndi siz öz profilinizi dəyişmək istəsəniz, radioya yollansanız, sizdən təcrübə istəyəcəklər. Təcrübə yoxdursa, iş də olmayacaq. Bu isə məni məyus edir. Özümü gənclərin yerinə qoyuram və düşünürəm ki, onlar nə edəcəklər?! Və onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda istənilən sahədə özünü maarifləndirmə çox aşağı səviyyədədi.
İndi belədir ki, əgər sizin sponsorunuz yoxdursa istənilən sahədə siz heç kimə lazım deyilsiz. Hər şeyi gözəl bacara bilərsiniz, mükəmməl ideyanız ola bilər, amma yenə deyirəm sponsorunuz yoxdursa heç kimə lazım deyilsiz!”.
“Gülünc zarafatlar, ha-ha,hi-hi, sponsor axtarışı…” -


C. Osmanov işsiz olduğunu və iş üçün bir neçə yerə CV göndərdiyini də qeyd edib.

106.3 radio dalğasında "AvtoStop”, "AvtoBaz” verilişlərinin müəllifi, sürücülərin sevimli radio aparıcısı Tural Yusifov radiolara qulaq asmadığını, ümumiyyətlə bu sahə barədə danışmağın ozun üçün maraqsız olduğunu deyib:
“Gülünc zarafatlar, ha-ha,hi-hi, sponsor axtarışı…” -

"Amma görürəm ki, gün keçdikcə radiolar televiziyaların gününə düşməyə başlayıb. Mən ümumiyyətlə radiolara qulaq asmıram. Nə səhər verilişlərinə, nə günorta verilişlərinə, nə də axşam verilişlərinə. Bir-iki layihəni çıxmaq şərtilə heç biri ürəkaçan deyil. Dar konseptdə ixtisaslaşmış radiolar daha maraqlıdır. Onda konkret bilmək olur ki, dinlədiyin zaman nə eşidəcəksən. Məsələn, 106 FM-i biznes radioya çeviriblər.

Yol gedərkən biznes xəbərləri, analitika eşitmək istədiyim zaman dinləyirəm. Digərləri isə "haha-hihi”, boş-boş zarafatlar, mənasız söhbətlər… Biz bu söhbətləri feysbukda da görürük. Əgər feysbukdakı söhbətlər radioda müzakirə olunursa, bu, geridə qalmışlıq əlamətidir. Feysbukdakı söhbətlər radioda yox, radiodakı məsələlər feysbukda müzakirə olunmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26