Interposta.Info

Rəngini dəyişən asteroid aşkarlandı

Ölkə
 6-09-2019, 07:56     10 516

Astrofiziklərin beynəlxalq komandası rənglərini qırmızıdan maviyə dəyişən unikal asteroid müəyyən edib. Asteroid 6478 Gault adını alıb.

"İnterPosta.info" modern.az-a istinadən bildirir ki, bu qeyri-adi asteroid astronomlar tərəfindən ilk dəfə 1988-ci ildə aşkar olunub. O zaman onu planetar geoloq Donald Qoltun şərəfinə adlandırıblar. Ekspertlər, həmçinin asteroidin diametrinin 3,7 kilometr olduğunu müəyyən edə biliblər. O, Günəşdən 344 milyon kilometr məsafədə milyonlarla digər asteroidlərlə birlikdə dövr edir. Bu yaxınlarda astrofiziklər səmavi bədəndə qeyri-adi quyruqları fərq ediblər.

Massaçusets Texnologiya Universitetinin əməkdaşları anomaliyaları öyrənməyə başlayıblar. Yüksək dəqiqlikli Amerika teleskopunun köməyi ilə onlar asteroiddən gələn müxtəlif rəngləri nəzərdən keçiriblər.

Nəticədə, 6478 Gault-un rəngini dəyişə biləcəyi ortaya çıxıb. Mütəxəssislər bu hadisənin səbəbini hələ ki, izah edə bilmirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26