Interposta.Info

Bu gün Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq

Dünya
 21-08-2021, 09:25     497

Potensial olaraq təhlükəli səma cisimləri sinfinə aid olan 2016 AJ193 21 asteroidi bu gün minimal məsafədə Yer kürəsinə yaxınlaşacaq.

"İnterPosta" "Report”a istinadən xəbər verir ki, bu barədə NASA-nın bölmələrindən birinin saytında bildirilir.

Qeyd edilir ki, asteroidlə planetimiz arasında məsafə təxminən 3,4 milyon kilometr təşkil edəcək.

Məlumata görə, asteroid Bakı vaxtı ilə saat 19:10-da Yer kürəsinə ən yaxın məsafədə olacaq. Asteroidin sürəti saniyədə 26 kilometr təşkil edir. Onun ölçüsü 400-1 300 metrdir. Məlumata görə, 2016 AJ193 21 potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir, ancaq indi planetimiz üçün təhlükə törətmir.

Alimlər bundan əvvəl də bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26