Interposta.Info

Emin Ağalarovun konsertləri ləğv olundu

 

Maqazin
 30-10-2024, 14:49     43 639

Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub.

"İnterPosta" xəbər verir ki, bu haqda ifaçının rəsmi "Instagram" hesabında məlumat paylaşılıb.

Qeyd edilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertlər baş tutmayacaq. O, bunun səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını bildirib.

Emin video yayımlayaraq iş qrafikinin dolu olduğunu, konsertlərin başqa bir tarixə keçiriləcəyini açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26