Mahir Emreli "Konyaspor"la vidalaşdı (FOTO)
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubundan ayrılıb.
"İnterPosta"xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu özünün instaqram səhifəsində paylaşım edib.
Forvard "Hər şey üçün təşəkkürlər, "Konyaspor" yazıb.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna qayıdacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26