Interposta.Info

Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək

 

İdman
 12-02-2023, 00:11     474

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynayacaq.

"Report"un əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçu sabah Konya şəhərinə yollanacaq.

Emreli icarə əsasında "Konyaspor"un formasını geyinəcək. Onun ilkin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26