Interposta.Info

Azərbaycanlı müğənni lüks avtomobil kolleksiyasını nümayiş etdi (VİDEO)

Maqazin
 16-04-2024, 14:31     29 907

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) lüks avtomobil kolleksiyasını nümayiş edib.

Axşam.az-ın məlumatına görə, "По Гаражам" şousun ilk buraxılışı ifaçının kolleksiyasına həsr olunub. Navai avtomobil kolleksiyasına "Nissan", "Rolls-Royce Phantom Drophead Coupe", "Lamborghini Aventador SVJ", "Niva" və digər markalı avtomobillər daxildir.

"Mən sadəcə qəşəng avtobillərin kolleksiyasını yığmağı sevirəm. İmkan olan kimi nəsə alıram və ya bağışlayıram. 2018-ci ildə mənim yalnız bir maşınım - "Nissan"ım var idi. İndi isə" deyə, sənətçi qeyd edib.

Navainin sözlərinə görə, "Rolls-Royce Phantom Drophead Coup" markalı avtomobili daha əvvəl bir şeyx üçün hazırlanıb. Onun adı avtomobildə qızıldan olan hissənin üzərinə sifarişlə qeyd olunub. Bildirib ki, onu alanda maşın indiki qədər baha olmayıb. Navai əlavə edib ki, reper Cey-Z-nin həyat yoldaşı Beyonsa hədiyyə etdiyi "Rolls-Royce" məhz onun maşınının markası üzərində dizayn edilib. Reper lüks maşınının qiymətinin təqribən 96 milyon dollar ola bilkəcəyini vurğulayıb.

Navai "Lamborghini Aventador SVJ" markalı avtomobilindən də söz açıb. O, söyləyib ki, bu markanın yeganə ağ salonlu avtomobili ona məxsusdur. Həmçinin, "Mercedes-Benz" markalı avtomobili də rənginə görə yalnız ondadır.

Onun kolleksiyasına 2016-cı ildə aldığı və taksi sürücüsü kimi işlədiyi vaxtlarda istifadə etdiyi "Nissan Almera" markalı maşını da daxildir. Navai əvvəllər onu satmaq istədiyini, lakin daha sonra bu fikrindən daşındığını deyib.

O, bildirib ki, avtomobillərinin bəziləri onu şəxsi maraqları, hobbisi kimi alınıb. Digərlərini isə iş və görüşləri ilə bağlı məqsədlər üçün istifadə edir.

Onun bir çox kliplərində məhz öz avtomobillərindən istifadə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26