Interposta.Info

Məşhur türk müğənni gəncəli olduğunu açıqladı

Maqazin
 6-04-2024, 09:56     90 821

Türkiyəli müğənni Tuğba Ekinci əslən azərbaycanlıdır.

Bu barədə sənətçi "Elgizlə izlə” verilişində telefon bağlantısı zamanı bldirib:

"Mənim gəncəli olduğumu bilirsiniz? Mənim ata-babalarım Gəncədəndir. Mən Bakıya tez-tez gəlirəm. Dostlarımı görməyə gəlirəm, heç kimin xəbəri olmur. Röya Ayxanı çox sevirəm. Onunla tez-tez mesajlaşıram".

Müğənni Elgizin "Azərbaycanlı biznesmenlə eşq yaşayırsınız xəbəri doğrudur" sualına belə cavab verib:

"Kaş ki, olsa... Bir Azərbaycan oğlu ola bilər. Çünki mən də azərbaycanlıyam. Yaxşı yola gedərdik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26