Interposta.Info

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

Maqazin
 15-03-2024, 15:39     53 013


Azərbaycan təmsilçisi Fahree (Fəxri İsmayılov) "Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində "Özünlə apar" mahnısını ifa edəcək.

Artıq mahnı müsabiqənin rəsmi yutub səhifəsində yerləşdirilib.

Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.
Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26