Interposta.Info

 

“Formula-1” pilotu “Avroviziya 2024”də çıxış etməyə hazır olduğunu açıqlayıb - FOTO

İdman
 6-09-2023, 15:03     496

İtaliyanın “Skuderiya Ferrari” komandasının pilotu Şarl Lekler özünün “X” (keçmiş “Twitter”) hesabında Monakonun 2007-ci ildən bəri ilk dəfə “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcəyi xəbərinə münasibət bildirib.

Monako vətəndaşı olan 25 yaşlı pilot gələn il İsveçin ev sahibliyi edəcəyi müsabiqədə çıxış etməyə razı olduğunu bildirib.

Xatırladaq ki, İsveç müsabiqəyə ev sahibliyi etmək hüququnu “Tattoo” mahnısını ifa edən müğənni Lorenin qələbəsi sayəsində qazanıb. “Avroviziya 2023” müsabiqəsinə Liverpul ev sahibliyi edib.

Qeyd edək ki, 2022-ci ildə Lekler yalnız Avstriyanın “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappenə uduzaraq “Formula-1”in vitse-çempionu olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26