Interposta.Info

Bakıda müğənninin qətli ilə bağlı yeni xəbər

Maqazin
 12-01-2024, 19:36     40 238

Müğənni olan həyat yoldaşını öldürməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə keçən il oktyabrın 16-da baş verib.

1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yaqut Həşimova müğənni olub, Yaqut Nəriman kimi tanınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26