Interposta.Info

Tanınmış aparıcının maşınından oğurluq edildi

Maqazin
 1-12-2023, 12:05     37 578


Aparıcı Samir Bayramlının avtomobilindən oğurluq edilib.
İnterPosta.info xəbər verir ki, bu barədə aparıcı öz "Instagram” səhifəsində paylaşıb.

Bildirib ki, bununla ikinci dəfədir maşını qarət olunur:

"Ehtiyat hissələri çox çətin tapılan avtomobilimdən artıq ikinci dəfədir ki, aksesuar oğurlanır. Mən isə bunu ya həmin günün axşamı, ya da bir gün sonra kimsə göstərəndə görürəm. Bunu kim və hansı məqsədlə, hansı niyyətlə götürürsə, mən bilmirəm. Avtomobilinizi park edərkən ehtiyatlı olun”.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26