Interposta.Info

Azərbaycanlı aparıcının maşınına hücum ediblər -

Maqazin
 24-04-2017, 07:22     567

Teleaparıcı Samir Bayramlının maşınına hücum ediblər.

"interposta.info" "qafqazinfo"ya istinadən xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, heç nə oğurlanmasa da, maşına ziyan dəyib:

“Günümü belə açdım. İlk dəfədir ki, başıma belə iş gəlir. Maşını saxlayırsan, səhər gəlirsən ki,belə bir mənzərə. Düzdür, heç nə oğurlanmayıb. Oğru ya çatdırmayıb, ya da bilmirəm...Problem gələndə üst-üstə gəlir”.

Samir belə hadisələrin tez-tez baş verdiyini nəzərə alaraq izləyicilərinə ehtiyatlı olmağı tövsiyə edib.

interposta.info
Azərbaycanlı aparıcının maşınına hücum ediblər -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26