Interposta.Info

Məşhur aktyor özündən 16 yaş kiçik aktrisa ilə gizli şəkildə evləndi (FOTO)

Maqazin
 11-09-2023, 17:36     814

Amerikalı aktyor Kris Evans gizli nikah mərasimi keçirərək, aktrisa Alba Baptista ilə evlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə "People” nəşri öz mənbəsinə istinadən məlumat yayıb.

Bir mənbənin dediyinə görə, onlar Cape Coddakı elit bir mülkdə gizli mərasim təşkil edib, yaxın dostlarını ora dəvət ediblər. Qonaqlar arasında Robert Dauni, Kris Hemsvort, Elza Pataki, Ceremi Renner, Con Krasinski və Emili Blant da olub.

Kris Evans və Alba Baptistanın münasibətləri 2022-ci ilin payızında məlum üzə çıxıb. 26 yaşlı Alba Baptista Lissabonda anadan olub. O, 2014-cü ildən filmlərdə rol alır. Onun son layihəsi "Xanım Harris Parisə gedir” filmi olub.

42 yaşlı Kris Evans 1990-cı illərin sonlarından bəri filmlərdə rol alır. Aktyor heç vaxt ailə həyatı qurmayıb. Müxtəlif vaxtlarda o, Cessika Biel, Minka Kelli və Cenni Slate ilə münasibətdə olub.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26