Interposta.Info

Bu azərbaycanlı məşhurlar gizli şəkildə evlənibmiş - 1il öncə... (foto)

Maqazin
 21-02-2022, 19:06     665

Tanınmış aktyor Zaur Şəfiyev gizli şəkildə evlənib.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi ötən ilin qışında ailə qurub.

41 yaşlı aktyor həmkarı, aktrisa Dəniz Tacəddinlə birləşdirib. Cütlüyün nikahı ailə arasında olub. Onlar evləndiklərini hər kəsdən gizləməyi üstün tutublar.

Dəniz sosial media hesabında ötən ilin 10 fevralında nikah şəhadətnaməsinin fotosunu paylaşsa da, “kiminlə evləndiniz” suallarını cavabsız qoyub.


Cütlük sosial mediada birlikdə paylaşım da etməyib. Zaur Şəfiyev isə sosial şəbəkə hesablarını bağlayıb. Qeyd edək ki, bu Zaur Şəfiyevin ikinci evliliyidir. O, 2009-cu ildə keçmiş ANS TV-nin aparıcısı Nigar Mahmudova ilə ailə qurub, cütlük 2012-ci ildə boşanıb.

Onu da bildirək ki, Dəniz Tacəddin də televiziyada çalışır. 27 yaşlı aktrisa “İTV səhər” proqramının aparıcısıdır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26