Interposta.Info

Azərbaycanlı meyxanaçı aparıcıya İstanbulda evlilik təklifi etdi (VİDEO)

Maqazin
 5-06-2023, 09:34     1 205

Meyxanaçı Pərviz Arif subaylığın daşını atıb.

BAKU.WS xəbər verir ki, o, yaxın zamanlarda aparıcı Nübar Əbil ilə ailə quracaq.

Belə ki, meyxanaçı Nübara evlilik təklifi edib. Aparıcı İstanbulun əsas simvollarından olan Qalata qülləsi qarşısında ona edilən təklifə "hə" cavabını verib.

Bu barədə Pərviz Arif özü bildirib. O, həmin anları sosial şəbəkə hesabında paylaşıb.

Xatırladaq ki, şair, meyxanaçı Pərviz Arif "De Gəlsin" meyxana yarışmasının qalibidir. Nübar Əbil isə Space TV, CVN TV, İctimai TV kimi kanallarda aparıcı kimi çalışır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26