Interposta.Info

Nərgizə hücum edən şəxs yenidən tutuldu (VİDEO)

Maqazin
 6-04-2023, 18:52     968

Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şəxs yenidən saxlanılıb.

"Qafqazinfo”nun məlumatına görə, 52 yaşlı Vadim Sedov bu dəfə oğurluq əməlinə görə tutulub. İttihama əsasən, o, ötən il "Kontakt Home” mağazasından mobil telefon, VMF mağazasından isə "Tissot” markalı qol saatı oğurlayıb.

Onun barəsində cinayət işi başlanıb. V.Sedov həbs edilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.

Qeyd edək ki, V.Sedov Nərgiz Əliyevadan pul almaq məqsədilə avtomobilinə yaxınlaşmışdı. Aktrisa hücuma məruz qaldığını bildirərək polisə müraciət etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26