Interposta.Info

Bakıda tanınmış stilisti öldürən şəxsə ağır cəza verildi

Maqazin
 15-11-2022, 14:30     818

Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"İnterPosta" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. O, 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Bakının Xətai rayonunda baş verib. Mərhumun 1999-cu il təvəllüdlü tanışı Pərviz Həsənov onu çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb.

İstintaq tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26