Interposta.Info

Şəbnəm Tovuzlu plastik əməliyyatlarından danışdı: “Geyimlərimə irad tuturdular” - VİDEO

Maqazin
 31-05-2022, 16:58     468



“Geyim mağazamın açılışının ilk günü plastik əməliyyat olundum. Şou aləmində əməliyyat etdirməyən bir mən qalmışdım. Mən də əməliyyat olundum. Dodağıma gel, üzümə isə botoks etdirməmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişinə qonaq olarkən danışıb.

Uşaqlıqda üzgüçülüklə məşğul olduğu üçün qollarının əzələli olduğunu bildirən Şəbnəm qollarını incəltmək üçün əməliyyat olunduğunu da əlavə edib:

“Qarın bölgəmdən və qollarımdan əməliyyat olundum. Çox zaman geyimlərimə irad tuturdular. Çəkim 70 kq-dan yuxarı olmayıb. O çəkidə hər zaman qalmışam. Ən aşağı çəkim isə 68 kq olub, boyum 155 sm. Boyuma görə dedilər ki, 60 kq olmalısan. Amma o çəkiyə düşə bilmirəm. Çünki yeməyi çox sevirəm. Ən çox kompleks etdiyim qollarım idi, 12 yaşımdan atam məni üzgüçülüyə aparıb. Bu səbəbdən də qollarım əzələli və həcmli idi. Qollarımı incəltmək üçün əməliyyat olundum, peşman deyiləm. Evə üç ildir qaçış aparatı almışam, amma bir dəfə də olsun üstünə çıxmamışam. Zaman qıtlığından idmana vaxt qalmır”.

Ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26