Interposta.Info

“Şəkillərimi keçmiş ərim paylaşıb” –

Maqazin
 2-05-2017, 07:26     1 460

Mətbuatda intim fotoları yayılan müğənni Şəbnəm Əsədova (Tovuzlu) sosial şəbəkədə məsələyə aydınlıq gətirib. interposta.info Musavat.com-a istinadən bildirir ki, müğənni şəkillərinin keçmiş əri tərəfindən yayıldığını iddia edib:

“Bu gün mənim keçmiş həyat yoldaşım Ərşad keçmişdə birgə olan zamanlarda çəkdiyi şəkillərimizi saytlarda paylaşıb. İndi siz qiymət verin, bu Azərbaycan kişisinə yaraşırmı və ya vaxtında bu şəkilləri həyat yoldaşım olaraq çəkib indi yaymasında mənim günahım varmı? Bundan ayrılıb yeni ailə qurduğum üçün çox xoşbəxtəm. Bu qədər”.

Qeyd edək ki, müğənninin keçmiş həyat yoldaşı kimi təqdim etdiyi sənətçi Ərşad ölkə.az saytına açıqlama verərək bildirib ki, məsələdən xəbərsizdir:

“Bu xəbəri eşitdim. Kim edibsə, düz etməyib. Çünki Şəbnəm ailəlidir, yazıq adamdır, qız anasıdır. Hər şey keçmişdə qaldı. Mən də ailəliyəm, o da. Amma onunla övladımız yoxdur”.

Qeyd edək ki, bu gün mətbuatda müğənninin Ərşad adlı həmkarı ilə intim fotoları yer alıb. Şəbnəm Əsədova (Tovuzlu) mətbuata açıqlamasında həmkarıyla 10 il evli olduğunu bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26