Interposta.Info

Hacı Nuran evlənir (FOTOLAR)

Maqazin
 29-01-2022, 11:00     413

Aparıcı Nuran Hüseynov (Hacı Nuran) ailə həyatı qurur.

"İnterPosta" xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb.

O, 45 yaşında sevib-seçdiyi xanımla ailə qurduğunu deyib:

"... 28.01.2022 xoşbəxtlik hamının haqqıdır. Eləcə də mənim. Ömrümün 45-ci ilində əlimə bu gülü aldığım zaman içimdən qəribə bir hiss keçdi. Dünyada ən gözəl xoşbəxtlik sevib-sevilməkdir. Xoşbəxt o kəsdir ki, sevdiyi xanımla dünya evinə girir. Həyatda məncə bundan böyük xoşbəxtlik yoxdur. Ona görə də mənim əzizlərim. Sevin-sevilin. Həyat o qədər qısadır ki, onu sevdiklərinizlə mənalı edin. Elə indicə, bir dəstə gül alıb o gözəlin görüşünə gedin. Bəzən bir dəstə gül bir kitablıq sözü əvəz edir".

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26