Interposta.Info

Nadirin oğlunun toyu bitdi, söhbəti bitmir – Nəmər məsələsi...

Maqazin
 28-12-2021, 14:31     393

Müğənni Nadir Qafarzadənin oğlunun toy məclisi arxada qalsa da, məclislə bağlı söz-söhbət bitmək bilmir.

Qaynarinfo xəbər verir ki, sözügedən toya bir çox sənət adamları yüksək məbləğdə nəmər yazdırıb. Onlardan biri də müğənni Manaf Ağayevdir. Məlumata görə, Manaf Ağayev Nadir Qafarzadənin oğlunun toy məclisinə 2 min manat yazdırıb.

Məlumatı dəqiqləşdirmək üçün Manaf Ağayevlə əlaqə saxlasaq da, sənətçi deyilənlərlə bağlı sualımıza cavab vermək istəmədiyini dedi.

Müğənni Nadir Qafarzadə Qaynarinfo-ya açıqlamasında oğlunun toy məclisinə gələn sənət adamlarına təşəkkür edib:

"Hamısına təşəkkür edirəm. Sənət adamlarının oğlumun toy məclisinə yazdırdığı nəmərin miqdarını açıqlamaq bizə yaraşmaz, onu deməzlər. Kim nə yazdırıb, sağ olsun, Allah əvəzini min qatı ilə versin”.

"Bəzən toy sahibləri məclisdən borcla çıxır” sualına Nadir Qafarzadənin cavabı belə oldu:

"Toyda borca düşmədik, hər şey ürəyimizcə oldu”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26