Interposta.Info

Roza Zərgərli sarayda göz oxşadı - FOTOLAR

Maqazin
 24-12-2021, 14:30     605

Xəbər verdiyimiz kimi, dekabrın 22-də "Zəhər tuluğu” filminin qala gecəsi baş tutub.

Qalada iştirak edən müğənni Roza Zərgərli sinəsi açıq libası ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.

Tədbirə oğlu, gənc aktyor Corc Qafarov ilə qatılan müğənni fotokameramızın obyektivinə tuş gəlib.

Xatırladaq ki, ekran işinin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Filmin informasiya dəstəkçiləri Qaynarinfo.az, APA, Olay.az, Araz FM və Xəzər Televiziyasıdır.

Qeyd edək ki, "Zəhər tuluğu” bu gündən etibarən şəhərin bütün kinoteatrlarında yayımlanacaq./hit.az

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26