Interposta.Info

“Maşın” şou başladı

Maqazin
 30-05-2018, 01:23     10 534

Xalq artisti Murad Dadaşovun təqdimatında yayımlanan “Maşın” şounun 16-cı sürəti – “Xanımlar və Cənablar -2” bu gün başlayıb.

Musavat.com xəbər verir ki, ATV-də yayımlanan verilişin iştirakçıları müəyyənləşib. Avtomobil uğrunda mübarizəyə qatılacaq 18 nəfər cüt-cüt təqdim olunub.

Beləliklə, 9 qadın ilə 9 kişidən ibarət “Maşın” şounun iştirakçılarının siyahısı belədir:

Bəylər: aktyor Cavidan Novruz, meyxanaçı Ələkbər Quliyev (Yasamallı), aparıcı və aktyor Azər Axşam, aktyor Məcid Hüseynov, vayner Hüseyn Əzizoğlu, reper Uran, müğənni Əli Mirəliyev, reper “Qurd” , əməkdar artist Abbas Bağırov

Xanımlar: aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümbətova, Firuzə Cəlilova (Fira), Aytən Səfərova, İlhamə Bədəlova, müğənni Rahidə Baxışova, Ruhəngiz Musəvi, Roza Zərgərli , aktrisa Pərvin Abiyeva

Qeyd edək ki, qalibə “Nissan Kicks” avtomobili hədiyyə ediləcək. Avtomobilin təxmini qiyməti 50 min manatdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26