Interposta.Info

Erməni müğənnidən azərbaycanlılara müraciət: "Sonanı dəstəkləyəcəyik"

Maqazin
 17-12-2021, 15:30     521


Ermənistanı uşaq "Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Malena "Twitter"də Azərbaycan dilində paylaşım edib.

Qaynarinfo xəbər verir ki, 14 yaşlı müğənni azərbaycanlılara müraciət edib. Malena Azərbaycan təmsilçisi Sona Əzizovanı dəstəkləyəciyini bildirib:

"Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun "O günlərdən biri” adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!”.

Qeyd edək ki, dekabrın 19-da Parisdə keçiriləcək 19-cu uşaq Eurovision mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək. O, müsabiqədə "One of Those Days” (O günlərdən biri) mahnısı ilə çıxış edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26