Interposta.Info

14 gündür komada olan Səyyad Əlizadənin son durumu
 

Maqazin
 30-09-2021, 11:43     521

Səyyad Əlizadənin səhhətində irəliləyiş yoxdur, hələ də komadadır.

"İnterPosta" Publika.az-a istinadla xəbər verir ki, bu sözləri müğənninin kürəkəni Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadənin vəziyyəti stabil olaraq qalır: "Heç bir dəyişiklik yoxdur. Saturasiya 90-dır. Komadan ayıltmaq üçün hələ tezdir. Səbəb odur ki, səhhəti ağır olaraq qalır”.

Qeyd edək ki, koronavirusa yoluxan S.Əlizadənin səhhəti ağırlaşdıqdan sonra Zığdakı modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26