Interposta.Info

Səyyad Əlizadənin kürəkəni: Həkimlər əlindən gələni edir, amma...

Maqazin
 27-09-2021, 14:55     475

Mərkəzi Gömrük Hospitalında müalicə alan Səyyad Əlizadə hələ də "ECMO" qoşulu vəziyyətdədir.

Bu barədə modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.

O bildirib ki, hələlik müğənninin səhhətində ciddi irəliləyiş yoxdur:

"Komadadır, vəziyyəti ağır, stabil olaraq qalır. Həkimlər əlindən gələni edir, amma ciddi irəliləyiş yoxdur".

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər. Həyat yoldaşı sağalaraq, evə yazılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26