Interposta.Info

“ALIVE” təqdim edildi - VİDEO+FOTO

Maqazin
 22-07-2021, 23:49     566

Azərbaycanın üç yaradıcı və istedadlı gənci Ramin Paşayev, Amal Əlili və Nərmin Behbudova “ALIVE” trekni təqdim ediblər. Mahnı dinləyicilər tərəfindən qeyri-adiliyi ilə diqqətləri cəlb edib.
"İnterPosta"nın məlumatına görə, yaradıcı heyət bildirib ki, trekdə milli və şərq üslubuna xas olan elementlər öz əksini tapsa da, musiqi parçası daha çox Avropa musiqisini xatırladır. Hazırda dünyanın aparıcı musiqi bazarlarında daha çox elektron musiqi janrında yazılmış parçalara üstünlük verildiyindən, “ALIVE” trekinin Avropa və bütün dünyada uğur qazanacağını əminliklə söyləmək olar. Tam fərqli üslubda tərtib olunmuş bu trek, ölkəmizin və musiqimizin xaricdə uğurla təmsil olunmasında vasitəçi olacaqdır.
Dəyişkən ritmlər və intensivliyin ahəngi bu treki klub aurası yaratmaq və rəqs etmək üçün əvəzolunmaz vasitəyə çevirir. “ALIVE” treki, adına uyğun olaraq insanı bir növ canlandırır. Enerji dolu bu parça dinləyicilərini bir növ xəyal etməyə, yaratmağa və sevməyə çağırır.
Qeyd edək ki, trek tamamilə yerli musiqiçilərimiz tərəfindən ərsəyə gəlib.
“ALIVE”nin sözləri Nərmin Behbudovaya, musiqisi Ramin Paşayev, Amal Əlili, Nərmin Behbudovaya, aranjemanı Amal Əlili, Ramin Paşayevə məxsusdur. Miksinq və masterinq Rüstəm Rzayevin rəhbərliyi altında “BEAT Music” studiyası tərəfindən hazırlanıb.
Mahnını bu linkdən dinləyə bilərsiniz:

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26