Namiq Qaraçuxurluya qarşı dələduzluq
Məşhur meyxanaçı Namiq Qaraçuxurlu dələduzluğa məruz qaldığını iddia edib.
"İnterPosta" xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb. N. Qaraçuxurlu qeyd edib ki, "Instagram"da fəaliyyət göstərən onlayn mağaza idarəçiləri onu aldadıb:
"Bu səhifə guya mal sifarişi ilə məşğuldur. Əslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insan var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26