Interposta.Info

Vaqif Mustafayevin Tahir İmanova 70 min borcu qalıb - VİDEO

Maqazin
 11-02-2021, 19:38     465

“Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevi sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırıb.

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov telekanal rəhbərinin vəzifədən getməsi xəbərinə özünəməxsus şəkildə reaksiya verib.

Əməkdar artist sosial şəbəkə hesabında “Space TV”nin keçmiş rəhbəri Vaqif Mustafayevə mahnı həsr edib.

Mahnıda “Vaqif getdi, “Planet”ə borclar qaldı” deyən aktyor telekanalın “Planet Parni iz Baku”ya ödəməli olduğu pula eyham vurub.

Qeyd edək ki, 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullarla “Bir kəndin sevinci” serialı çəkilsə də telekanal bu günə kimi aktyorların pulunu ödəməyib. Tahir İmanov müsahibələrinin birində Vaqif Mustafayevin onlara 70 min manat borcu olduğunu bildirib.

Bundan başqa “Space” “Planet Parni iz Baku”ya efir qadağası qoyan ilk telekanal olub.

İnterPosta.info həmin görüntüləri təqdim edir:

Videonu izləmək üçün toxunun

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26