Interposta.Info

Murad Dadaşov onları "Xəzər"dən UZAQLAŞDIRDI

Maqazin
 29-08-2020, 10:08     1 096

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.

"İnterPosta" xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq.

“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26