Interposta.Info

Xoşqədəm Hidayətqızı "Xəzər" TV-dən ayrıldı: Hansı kanala gedir?

Ölkə
 23-08-2021, 17:26     688

Aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb.

Bu haqda "İnterPosta"-ya Xəzər Media Mərkəzindən bildirilib. Məlumata əsasən, proqram növbəti mövsümdən "Xəzər TV"də yayımlanmayacaq:

"Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər" TV-də "Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır. "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva kanaldan öz istəyi ilə ayrılıb. "Xəzər" TV-nin rəhbərliyi ona bundan sonra da uğurlar arzu etdiyini bildirir".

Qeyd edək ki, bir neçə gün öncə aparıcının yeni mövsümdən ARB-də efirə çıxacağı haqqında mətbuatda xəbər yayılmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26