Interposta.Info

Dünya şöhrətli müğənni övladlığa uşaq götürdü

Maqazin
 15-01-2020, 14:12     431

Məşhur müğənni Sia atdığı addımı ilə diqqətləri üzərinə cəmləyib.

Oxu.Az xəbər verir ki, GQ jurnalına verdiyi müsahibədə müğənni Sia ana olduğunu söyləyib.

Məsələ burasındadır ki, 44 yaşlı müğənni övladlığa uşaq götürüb.

Bu barədə o, ötən ilin may ayında uşaqlarla bağlı sənədli filmi izlədikdən sonra, 16 yaşlı bir uşağı övladlığa götürəcəyi ilə bağlı qərara gəldiyini açıqlamışdı.

Sia uşağını tək tərbiyə edəcək. Ulduz ömrünün sonuna qədər heç kimlə ciddi münasibət qurmamağa qərar verib.

Qeyd edək ki, daha öncə Sia rejissor Erik Lenqlə evlənib. Cütlüyün evlilikləri cəmi iki il davam edib. Onlar 2016-cı ildə rəsmi şəkildə boşanıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26