Interposta.Info

Bakıda restoran müdiri rəqqasəni tapança ilə öldürüb: Samir Bağırov da orada olub - Video

Maqazin / Ölkə
 18-12-2019, 15:07     1 062

Azərbaycanda baş vermiş və uzun müddət detalları gizli saxlanılan qətlin şok təfərrüatı məlum olub...

Rəqqasə Rasimə Bəşirova çalışdığı restoranda silahdan başından atılaraq öldürülüb.

Hadisə “Qarabağ” restoranının sahibi Şeyda Novruzov tərəfindən törədilib.

Hadisəni törətdikdən sonra restoranın sahibi ölkədən qaçdığı üçün cinayət işinin detalları illər sonra məlum olub.

Cinayət materiallarından əldə edilən şok məlumata əsasən, cinayət baş verən zaman müğənni Samir Bağırov, tanışı Sergey və digər şəxslər də orada olub.

Hadisə baş verən zaman restoranın sahibi sərxoş vəziyyətdə restorana qayıdaraq əsəbi halda davranıb.

Restoranın sahibi rəqqasənin qulağına nə isə deyərək əsəbiləşib. Daha sonra içki bakalını rəqqasənin başına vuraraq onu ağır yaralayıb.

Bununla ürəyi soyumayan restoran sahibi tapançanı çıxararaq rəqqasənin başından atəş atıb.

Ölkəni silkələyən və detalları gizli qalan cinayətin şok videogörüntüsünü və detallarını təqdim edirik:/oxu24.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26