Interposta.Info

Xocalı yürüşündə gülən aktrisamız elə söz dedi ki... - Foto

Maqazin
 26-02-2019, 19:32     10 420

Başa düşmürəm, burada nə qəbahət var? Buna görə məni tənqid etməkləri düzgündürmü?

Bu sözləri kult.az-a əməkdar artist Nahidə Orucova Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə gülümsəyərək selfi çəkdirdiyi üçün sosial şəbəkələrdə tənqid olunması haqda deyib.

“Orada dişlərimi ağardaraq, qəhqəhə çəkib gülməmişəm. Gün düşdüyünə görə üzümü qırışdırmışam. 27 ildir ağlayırıq, nə dəyişir ki?! Guya mən ağlayan yerdə foto çəkdirib paylaşsam, daha yaxşı olacaqdı?” - aktrisa iradlara cavab olaraq bildirib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri aktrisanın Xocalı yürüşündə gülümsəyərək foto çəkdirib paylaşmasını faciə qurbanlarına hörmətsizlik kimi dəyərləndirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26