Interposta.Info

Məşhur aktrisanın hicablı qadınları təhqir etdiyi anın görüntüləri yayıldı — VİDEO

Maqazin
 16-02-2019, 15:21     10 463

Məşhur türkiyəli aktrisa Deniz Çakırın bir müddət öncə hicablı qadınları təhqir etdiyi anın görüntüləri yayılıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa getdiyi məkanlardan birində yan masada əyləşən hicablı qadınları "Burası Ərəbistandır? Nə gəzirsiniz burada” deyərək təhqir etmişdi.
Deniz Çakırın təhqir etdiyi qadınların şikayəti əsasında faktla bağlı cinayət işi açılıb. Artıq aktrisa məhkəməyə gedərək ifadə də verib. Məhkəmə Çakır haqqında "mənsub olduğu dinin əmr və qadağalarına uyğun davranmama” itihamı ilə araşdırmanın davam etdirilməsi barədə qərar verib.

Aktrisa hadisə ilə bağlı sosial mediadakı açıqlamasında faktların birtərəfli işıqlandırılmasının düzgün olmadığını vurğulayıb. O, xəbərlərin sensassiya kimi təqdim edilməsinin əleyhinə olduğunu bildirib. Deniz Çakır mətbuata vəzifə və haqqları ilə yanaşı məsuliyyətinin də olduğunu qeyd edib./sfera.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26