Interposta.Info

Məşhur aktrisa evində ölü tapıldı -

Maqazin
 11-05-2017, 07:33     557

Məşhur aktrisa Meri Tsoni ilə bağlı üzücü xəbər yayılıb.

Milli.az xəbər verir ki, Yunanıstan müstəqil kinosunun qabaqcıl rejissorlarından Yorqos Lanthimosun Oskara namizəd filmi "Dogtooth"un baş rol ifaçısı Meri Tsoni evində ölü tapılıb.

Yunanıstan mətbuatına əks olunan xəbərlərdə 30 yaşlı aktrisanın bir müddətdir depressiyada olduğu və psixoloji müalicə aldığı deyilir.

Qeyd edək ki, Tsoni Angeliki Papoulia ilə birlikdə Sarayevo Film Festivalında "Ən yaxşı xarici qadın aktrisa" mükafatını qazanmışdı. Tsoni Yunanıstanın ən məşhur qadın aktrisalarından idi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26