Interposta.Info

Afət ona 240 min dollarlıq avtomobil hədiyyə edənin KİMLİYİNİ AÇIQLADI

Maqazin
 4-02-2019, 23:27     10 397

Müğənni Afət Fərmanqızı canlı yayımda ona "Gelandewagen" hədiyyə edən şəxsin kimliyini açıqlayıb.

İnterPosta.info
xəbər verir ki, sənətçi "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, sözügedən şəxs Rusiyada yaşayan azərbaycanlıdır:

"Mən özümə yeni avtomobil alacaqdım. Sadəcə, istədiyimi almaq üçün 80 min manatım çatmırdı və bunu Manaf Ağayev də daxil olmaqla, bütün ətrafım bilirdi. Hətta Nazənin də borc pul təklif etdi. Dedim ki, avtomobil almaq üçün borca girmərəm. Canlı yayımdan həyətə çıxanda şoka düşdüm. Amma mən istədiyim avtomobilin salonu qırmızı rəngdə idi. Hətta onu almaq üçün bir otaqlı mənzilimi də satışa çıxarmışdım. Özüm hələ də şokdayam. Bu avtomobili mənə hədiyyə edən şəxs Rusiyada yaşayan azərbaycanlıdır, pərəstişkarımdır".


Qeyd edək ki, bu gün "Hər şey daxil" verilişinin canlı yayımında A.FƏrmanqızına 240 min dollar qiyməti olan "Gelandewagen" hədiyyə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26