Interposta.Info

Vüsalə Səid ittihamlara cavab verdi - AÇIQLAMA

Maqazin
 30-01-2019, 09:32     10 668

Türkiyə Respublikasında 70-ci illərin məşhur jurnalları – "Səs” və "Həyat” tərəfindən həyata keçirilən, Sinemanın kral ve kraliçasını seçən ARTİZ yarışması bir çox gənc aktyor və aktirisanı milyonların arasından kəşf edib Türkiyənin kino industriyasına – YEŞİLÇAM-a qazandırmışdır.”

Bu sözləri açıqlamasında teleaparıcı Vüsalə Səid deyib.

O bildirib ki, 2017-ci ildən bərpa edilərək hazırda "Sinemanın kral ve kraliçesi yarışması” adı altında həyata keçirilən həmin layihənin məqsədi Türkiyənin kino və serial sektoruna yeni simalar və yeni istedadlar qazandırmaqdan ibarətdir:

"”Zamanında "Yeşilçam”a Türkan Şoraylar, Tarık Alkanlar, Fatma Giriklər, Cüneyt Arkınlar, Hülya Koçyigitlər və digər dəyərli aktyor və aktrisalar qazandıran "Sinemanın kral ve kraliçesi” yarışması bu gün də gənc istedadları özünün intibah dövrünü yaşayan türk film sektoruna tanıdır, onların yetişməsində əvəzsiz rol oynayır. Minlərlə gəncin arzusunda olduğu bir dünyanın – kino sənayesinin sıralarına qatılmaqla xəyalları gerçəkləşdirmək, türk və dünya kinosunun parlayan ulduzuna çevrilmək şansı ötən ildən başlayaraq Azərbaycan gəncləri üçün də yaradılmışdır.

Vüsalə Səidin dediyinə görə, 2018-ci ildə "Sinemanın kral ve kraliçesi yarışması” idarə heyəti tərəfindən Azərbaycan üzrə təmsilçilik hüququ bilavasitə ona həvalə olunmuşdur.

Təşkilat komitəsinin layihə ilə bağlı açıqlamasını təqdim edirik:

Məlumat üçün bildiririk ki, seçimlərə qatılmaq üçün nəzərdə tutulmuş şərtlər "Sinemanın kral ve kraliçesi yarışması”-nın idarə heyəti tərəfindən tərtib olunmuş, yarışmanın rəsmi internet səhifəsi olan sinemaninkralvekralicesi.com –da açıq-aydın qeyd olunmuşdur. Layihədə iştirak haqqı "Sinemanın kral ve kraliçesi yarışması”-nın rəhbərliyi tərəfindən 150 Türkiyə Lirəsi təyin edilmişdir və rəsmi sənədlərdə göstərildiyi kimi Engelsiz Yaşam Vakfı işbirliyi ilə TÜRKİYE HARP MALULU GAZİLER ŞEHİT ve DUL YETİMLERİ DERNEĞİ yararına keçirilmişdir.

Yarışmaya qatılmaq üçün qeydiyyat birbaşa rəsmi internet səhifəsindən aparılmışdır.

2018-ci ilin yanvar ayında "Pullman Hotels and Resorts”də "Sinemanın kral ve kraliçesi” adlı yarışmanın Azərbaycan seçiminin yekun gecəsi keçirilib. "Sinemanın Kral və Kraliçesi: 2-ci Sinema Güzeli Yarışması” layihəsində paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib.

Azərbaycanı Türkiyədə keçirilən finalda təmsil edəcək qalibləri seçmək üçün münsiflər heyətinin tərkibinə Azərbaycan və Türkiyənin tanınmış mədəniyyət və incəsənət xadimləri daxil olublar.

Layihənin rəhbəri, təşkilat komitəsinin sədri Atilla Kaplakarslan, əfsanəvi aktyorlar Salih Güney və Tamer Karadağlı, tanınmış rejissor Avni Kütükoğlu, kino ulduzları Ceren Kaplakarslan və Vilma Elles, eləcə də "Bonne Vie” jurnalının rəhbəri, jurnalist Hakan Solaker bu məqsədlə xüsusi olaraq Bakıya gəliblər. Layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Vüsalə Səid Əyyubqızı, əməkdar aktrisa, İstanbul şəhər bələdiyyəsi yanında şəhər teatrlarının bədii rəhbərinin müavini Məlahət Abbasova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova ölkəmizi layihədə təmsil ediblər. Əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova, Şəms Tərcümə Xidmətləri Mərkəzi, Chic-Chic Beauty Salon, layihəyə təşkilati dəstək vermişlər. Layihənin tanıdılması missiyasını Misson PR Group öz üzərinə götürmüşdür.

Layihənin informasiya dəstəyi Apa Holding, Trend İA, Kaspi, Lent.az, Milli.az, Day.az, Bakupost.az, Gununsesi.info və digərləri tərəfindən göstərilmişdir. Layihə barəsində Xəzər TV, ARB, Azad Azərbaycan MTRK, MuzTV kanallarında süjetlər yayımlanmışdır. "Sinemanın Kral və Kraliçesi yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verdiyi gənclər arasından sonda 1 qız və 1 oğlan seçilməli olduğu halda iştirakçıların istedad və bacarıqları nəzərə alınıb 5 nəfər finala vəsiqə qazanıblar. Bu beş nəfərdən ikisi – Orxan Lütfipur və Nərmin Seyidova layihənin beynəlxalq səviyyəsi nəzərə alınaraq ehtiyat yarışmaçı kimi seçilmişdir.

Daha bir yarışmaçı, Pərvin Həsənzadə isə "Miss Fashion” yarışında iştirak etmək hüququ qazanmışdır. "Miss Union-2017” Beynalxalq gözəllik müsabiqəsinin qalibi Səhər Əkbər və Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Pərviz Musayev Azərbaycanı Türkiyədə keçiriləcək finalda təmsil etmək hüququ əldə ediblər. Lakin, Qalaya bir həftə qalmış (Qalada iştirak üçün bilet alınmasına baxmayaraq) şəxsi səbəbləri əsas gətirərək Səhər Əkbər Türkiyəyə getməkdən imtina etmişdir.

Səhər Əkbərin əvəzinə finala Nərmin Seyidova getmək imkanı qazandığı halda o da ölkə daxilində olmamış və yarışmanın şərtlərinə əməl etməmişdir. Yekun qərara görə yarışmanın finalına "Miss Fashion” seçilən Pərvin Həsənzadə və Pərviz Musayev qatılmışdır. Türkiyədə həyata keçirilən seçimlərin ardından, 28 mart 2018-ci il tarixdən Azərbaycan nümayəndələri də daxil olmaqla 14 qız və 14 oğlan onlar üçün yardılan düşərgədə qalaraq təlimlərə cəlb ediliblər. Burada onların hər bir finalçıya intensiv aktyorluq dərsləri keçirilib, hər bir iştirakçı müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlimlərə cəlb ediliblər.

Türkiyədə "Vizyon Production”, "Bonart Ajans” ve "Bonne Vie” jurnalının iş birliyi ilə "Wow İstanbul Hotel & Convention Center”də 4 aprel 2018-ci il tarixdə gerçəkləşdirilən final gecəsində isə 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası adına layiq görülüblər. Münsiflərin səs çoxluğu ilə Türkiyədə Aslı Can "Kraliça”, Can Altıntaş isə "Kral” seçiliblər.

Qeyd olunmalıdır ki, son günlər Azərbaycanda "Sinemanın kral və kraliçesi yarışması”na, xüsusən də layihənin Azərbaycan üzrə təmsilçisi olan Vüsalə Səid Əyyubqızına qarşı heç bir əsası olmayan, ləkələyici və təhqiredici məlumatlar yayılmaqdadır. "Sinemanın kral və kraliçesi” yarışmasına qarşı ölkəmizdə qara piarın aparılmasına rəvac verən amil layihənin münsiflər heyətində yer alan, İstanbul şəhər bələdiyyəsi yanında şəhər teatrlarının bədii rəhbərinin müavini Məlahət Abbasovanın sosial şəbəkə vasitəsi ilə şəxsi görüşlərini ehtiva edən açıqlamaları olmuşdur. Məlahət Abbasovanın şəxsi təəssüratları, əsaslandırılmamış və ehtimallar üzərində qurulmuş fikirlərindən istifadə edərək "Sinemanın kral və kraliçesi” yarışmasını və layihənin Azərbaycan təmsilçisini qaralamağa çalışan bəzi insanlar kütləvi informasiya vasitələrində böhtan dolu məlumatlar yaymaqdadırlar. Bununla bərabər, bu müsabiqənin bütün hüquqlarının onlarda olduğunu iddia edən şəxlər layihənin düzgünlüyünü və ədalətli keçiriləcəyini şübhə altına almaqla "Sinemanın kral və kraliçesi” yarışmasının Azərbaycanda gerçəkləşdirməsinə mane olmağa çalışırlar. Halbuki, əks tərəfin həyata keçirmək istədiyi yarışmanın "Sinemanın kral və kraliçesi”-nə heç bir aidiyyəti yoxdur. "Sinemanın kral və kraliçesi” ənənəvi olaraq, düzgünlük və qərəzsizlik kriteriyalarını gözləməklə yarışmanı keçirmək fikrindədir.

"Sinemanın kral və kraliçesi” yarışmasının nüfuzunu hədəf alan, xüsusən də Hüseynova Vüsalə Əyyub qızı (Vüsalə Səid Əyyubqızı) barəsində şərəf və ləyaqətini alçaldan, təhqiredici məlumatlar paylaşan şəxslər və saytlar barəsində mülki və cinayət mühakimə icraatında iddialar və şikayətlər müvafıq məhkəmələrə təqdim ediləcəkdir.

Sonda onu da bildirək ki, bu il keçiriləcək 3-cü "Sinemanın kral və kraliçesi” yarışmasının Azərbaycan seçimlərində bütün səlahiyyət yenidən Vüsalə Səid Əyyubqızına verilmişdir. Müsabiqədə iştirak etmək istəyən gənclər, "sinemaninkralvekralicesi.com” saytına daxil olub "başvuru formu” düyməsini klikləyərək Azərbaycan bölümündə qeydiyyatdan keçməklə yarışmaya qatıla bilərlər. Qeydiyyatın son tarixi 10 fevral 2019-cu ildir.

Türkiyənin film sektorunun öndə gələn isimlərinin qarşısında öz istedadını göstərməyə imkan yaradan "Sinemanın kralı və kraliçası” özünə güvənən gənclər üçün bir fürsətdir. Yarışmanın müvafiq şərtlərinə uyğun gələn, özünə güvənən hər bir gənc bu fürsətdən yararlanıb türk kino aləminə ilk uğurlu addımlarını ata bilər./azxeber.com

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26