Interposta.Info

Dələduzluqda ittiham olunan aparıcının vəkili danışdı

Maqazin / Paradoks
 25-01-2019, 18:21     10 799

Aysel Nazim və ona yaxın olan şəxslər aparıcı Vüsalə Səid barəsində sosial şəbəkədə və Kütləvi İnformasiya Vasitələrində dələduzluq etməsi barəsində ittihamlarla çıxış etmişlər. Məlum olmuşdur ki, Vüsalə Səid işi məhkəməyə çıxarır, artıq vəkili hazırlıq işləri aparır.

Məsələ ilə bağlı aparıcı Vüsalə Səidin vəkili İlham İbadov İnterPosta.info-ya açıqlama verib:


“Bəzi saytlarda və sosial şəbəkədə hüquqlarını müdafiə etdiyim Hüseynova Vüsalə Əyyub qızı (Vüsalə Səid) barəsində yoxlanılmadan və araşdırılmadan şərəf və ləyaqətini alçaldan, təhqiredici məlumatlar dərc edilmişdir. Bu məlumatlar Sizin saytlardan istinad edilməklə digər saytlarda işıqlandırılmış və 25.01.2019-cu il tarixdə saat 12:00 üçün 9000 nəfər izləyici tərəfindən izlənmişdir. Hesab edirik ki, qarşı tərəfin mövqeyini öyrənmədən belə məlumatların KİV-də yayılması kobud qanun pozuntusudur və məsuliyyətə səbəb olur. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 61-ci maddəsinə əsasən (Kütləvi informasiya vasitələri haqqında Qanunun digər pozulma hallarına görə məsuliyyət) “Bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və 28-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə, təsisçi, redaksiya, naşir və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. Həmin Qanunun 60-cı maddəsinə əsasən (Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət) “baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə, vətəndaşların şəxsi həyatına qəsd etdikdə və s. hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyır.” Göstərilənləri nəzərinizə çatdırmaqla qeyd edirik ki, bu məlumatları paylaşan şəxslər və saytlar barəsində məhkəməyə mülki və cinayət mühakimə icraatında müraciətlər üçün hazırlıqlar gedir və qısa vaxtda iddialar və şikayətlər müvafıq məhkəmələrə təqdim ediləcəkdir. Bununla yanaşı, mediasiya prinsiplərini əsas tutaraq, həmin saytlara Hüseynova Vüsalə Əyyub qızımn (Vüsalə Səid) şərəf və ləyaqətini alçaldan, təhqiredici məlumatları təkzib və üzrxahlıq etmələrini təklif etmişik”.

Qeyd edək ki, bir müddət öncə əməkdar artist Məlahət Abbasova da aparıcı Vüsalə Səid fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan “Sinemanın kral və kraliçesi” yarışmasının qaliblərinin ortada olmadığını bildirib.
Elşən Yəhiyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26