Interposta.Info

Xalq artistinin həyat yoldaşı rütbə aldı

Maqazin
 28-01-2019, 18:01     10 491

Xalq artisti Mələkxanım Əyyubovanın hüquq-mühafizə orqanlarında çalışan həyat yoldaşı Xosrov bəy polkovnik rütbəsi alıb.

Qaynarinfo.az xəbər verir ki, muğam və xalq mahnılarının peşəkar ifaçısı həyat yoldaşını bu münasibətlə sosial şəbəkə vasitəsilə təbrik edib.

Mələkxanım eyni zamanda doğum günü olan həyat yoldaşının adına hazırlanan maraqlı tortun fotosunu paylaşaraq bu sözləri yazıb:

"Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayırıq! Doğum günün mübarək!"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26