Interposta.Info

Rusiyanın tanınmış müğənniləri Bakıda konsert verəcək

Maqazin
 17-09-2018, 18:09     10 596

Rusiya estradasının tanınmış müğənniləri Natan və Anna Sedokova Bakıda konsert verəcək.

"Report" xəbər verir ki, bu barədə “Dosso Dossi”nin baş direktoru Hikmet Eraslan məlumat verib.

Onun sözlərinə görə, konsert proqramı “Dosso Dossi Fashion Show” sərgisi çərçivəsində “Enerji Club”da baş tutacaq.

H.Eraslan Azərbaycana gəldikləri üçün xoşbəxt olduqlarını söyləyib: “Ötən il “Dosso Dossi”nin moda nümayişi və konsertləri ilə Bakıda bir festival ab-havası yaşadıq. Bu gün biz yenidən Bakıda dostlarımızla birgəyik. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət - bir millət” konsepsiyasına öz töhfəsini verərək Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmləndirəcək”.

Qeyd edək ki, sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirilir. “Flame Towers” hotelinin “Balo” zalında keçirilən sərgidə Türkiyənin 40 tekstil şirkəti öz məhsullarını nümayiş etdirir. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdansatış nümayəndələrini bir araya gətirir.

Xüsusi hazırlanmış toxuculuq məhsullarını təqdim edəcək stendlər isə Türkiyə və Azərbaycan toxuculuq sənətinin nümayəndələri üçün əhəmiyyətli bir görüş nöqtəsidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26