Interposta.Info

Məşhur erməni müğənni Bakı restoranında konsert verəcək -

Dünya
 29-06-2017, 13:22     1 243

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranlardan birində erməni müğənni konsert verəcək.

interposta.info
BakuPost.az-a istinadən xəbər verir ki, gecə Rusakovskaya küçəsində yerləşən "Bakinskiy Dvorik” adlı restoranda baş tutacaq. Belə ki, sabah – iyunun 30-da sözügedən restoranda şanson musiqi jansı üzrə tanınmış erməni Bako (Boris Davidyan) ifa edəcək. Bu barədə restoranın sosial şəbəkələrdəki səhifələrində də məlumat yerləşdirilib. Boris Davidyan elanda "şansonun əfsanəsi” kimi təqdim olunub.

Qeyd edək ki, "Bakinskiy Dvorik” restoranlar şəbəkəsinin bir filialı da Bakıda, Abdulla Şaiq küçəsində fəaliyyət göstərirdi.

Məlumat üçün bildirək ki, Davidyan 1949-cu il, aprelin 28-də Bakıda doğulub. O, Bakı haqqında çox sayda mahnılar ifa edib.

interposta.info

Məşhur erməni müğənni Bakı restoranında konsert verəcək -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26