Interposta.Info

Instagram ulduzunu milyarderin yaxtasında ölü tapdılar -

Maqazin
 3-09-2018, 08:26     10 537

Avstraliyalı model və 20 yaşlı Instagram ulduzu Şineyd Maknamara Yunanıstan sahillərində meksikalı milyarderin yaxtasında ölü tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə The Sun yazıb.

Bildirilir ki, Şineyd dörd ay ərzində yaxtada işləyib, lakin konkret olaraq hansı iş gördüyü dəqiqləşdirilmir. Qızın ailəsinin bildirdiyinə görə, son vaxtlar o, sosial şəbəkədə Aralıq dənizindən gözəl fotoşəkillər yerləşdirirmiş.

Modelin cəsədinin hansı vəziyyətdə tapıldığı dəqiqləşdirilmir. Lakin polis təhqiqat apardığı üçün yaxta son dayandığı limanı tərk edə bilmir.

Məlumata görə, gəmi Meksikadan olan iş adamına məxsusdur, lakin o, yaxtanı avstraliyalının cəsədinin aşkarlanmasından üç gün qabaq tərk edib.

interposta.info
Instagram ulduzunu milyarderin yaxtasında ölü tapdılar -
Instagram ulduzunu milyarderin yaxtasında ölü tapdılar -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26