Təranə Qumral məhkum olundu - Məhkəmədən ŞOK QƏRAR
Müğənni Nazəninlə Təranə Qumralın məhkəmədə hazırlıq iclası olub.
"XeberBiz" bildirir ki, bu barədə Yenicag.az-a "Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs Təranə Qumralın törətdiyi cinayət əməli məhkəmədə tam sübuta yetirilib:
"Zərərçəkmiş şəxslər Nazənin Salayeva, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasovdan üzr istəmə və təkzib vermə barədə iki məhkəmə qərarını o, qərəzli icra etmədiyinə görə məhkəmə iclasında məhkum edilib. O, Nərimanov rayon məhkəməsinin hökmü ilə 4000 manat cərimə olunub”.
Qeyd edək ki, sözügedən cinayət işi ilə bağlı 5 aydır ki, gedən məhkəməyə bu gün son qoyulub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26