Interposta.Info

Azərbaycanlı aparıcının ailəsində qanlı dava

Maqazin
 30-07-2018, 14:38     10 488

Tanınmış aparıcı Lalə Əlimuxtarovanın ailəsində qanlı hadisə baş verib.

"XeberBiz" axşam.az-a istinadən xəbər verir ki, aparıcının 18 yaşlı əmisi nəvəsi Heydərov Ayxan Anar oğlu 24 yaşlı Mirzəyev Baba İsmayıl oğlu tərəfindən bıçaqlanıb.

Boğazından bıçaqlanan Ayxan 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Reanimasiyada olan zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Baba isə qaçmağa çalışsa da, Gürcüstan sərhədində polislər tərəfindən saxlanılıb. B.Mirzəyevin əvvəllər də həbs olduğu vurğulanır.

Qeyd edək ki, Yasamalda baş verən insident qız üstündə olub. Belə ki, A.Heydərov B.Mirzəyevin xalası qızını sevirmiş. Bunu bilən Baba Ayxandan xalası qızından uzaq durmasını istəyib. Sözləri düz gəlməyən gənclər mübahisə edib və Mirzəyev özü ilə gətirdiyi bıçaqla Heydərova xəsarət yetirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26